AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: Hörmüz boğazından neft tədarükü demək olar ki, tam bərpa olunub

  • + A
  • - A
  • Bu gün, 16:39

    Tramp: Hörmüz boğazından neft tədarükü demək olar ki, tam bərpa olunub


    ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından neft daşımalarının İranla başlayan münaqişədən əvvəlki səviyyəyə demək olar ki, qayıtdığını bildirib.

    Tramp özünün Truth Social sosial şəbəkəsində hazırkı vəziyyəti əks etdirən qrafik yayımlayıb. Qrafikə əsasən, hazırda Hörmüz boğazından sutkada təxminən 18 milyon barel neft keçir. Münaqişə başlamazdan əvvəl isə bu göstərici təxminən 20 milyon barel təşkil edib.

    “Hörmüz boğazında neft həcmləri geri qayıdıb!” – deyə Tramp paylaşdığı görüntüdə bildirib.

    Bundan əvvəl CNN iki amerikalı rəsmiyə istinadən ABŞ hərbçilərinin Hörmüz boğazından 40 kommersiya gəmisinin təhlükəsiz keçidini müşayiət etdiyini xəbər vermişdi. Gəmilərin ümumilikdə təxminən 18 milyon barel neft daşıdığı bildirilirdi.

    Bu həcm münaqişənin başlanmasından bəri boğazdan keçən neft daşımalarının ən yüksək göstəricisi hesab olunur.

    Münaqişədən əvvəl Hörmüz boğazından sutkada təxminən 20 milyon barel neft və neft məhsulları daşınırdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR