Almaniya Ukraynanın enerji təminatına əlavə 250 milyon avro ayıracaq

Almaniya Ukraynaya qarşıdakı qış mövsümündə enerji təminatının yaxşılaşdırılması üçün əlavə 250 milyon avro maliyyə yardımı göstərəcək.
Bu barədə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vəsait Almaniyanın dövlətə məxsus KfW bank qrupu vasitəsilə ayrılacaq. Maliyyə dəstəyi, o cümlədən Ukraynanın enerji infrastrukturunun bərpası və təmiri işlərinə yönəldiləcək.
Almaniya hökuməti 2022-ci ildən etibarən Ukraynanın Enerji Dəstəyi Fonduna ümumilikdə 560 milyon avro vəsait köçürüb.
Yeni 250 milyon avroluq yardım nəzərə alınmaqla, Almaniyanın fonda ümumi maliyyə töhfəsi 810 milyon avroya çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.