AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq: Rusiya Ermənistanı itirsə, bütün Cənubi Qafqazı itirəcək

  • + A
  • - A
  • Bu gün, 22:16

    Politoloq: Rusiya Ermənistanı itirsə, bütün Cənubi Qafqazı itirəcək


    Politoloq: Rusiya Ermənistanı itirsə, bütün Cənubi Qafqazı itirəcək

    Rusiya Ermənistanı itirəcəyi təqdirdə Cənubi Qafqazdakı mövqelərini də itirə bilər. Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsi Moskvanın İrəvana siyasi təzyiq vasitələrindən biri kimi qiymətləndirilir.
    Bu barədə erməni politoloq Aleksandr İskəndəryan NEWS.am-ın “Güc faktoru” proqramına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın 102-ci hərbi bazasını Ermənistan ərazisindən çıxarmağa hazır olduğu barədə açıqlamasını şərh edərkən bildirib.
    Politoloqun sözlərinə görə, bazanın hərbi baxımdan əhəmiyyəti artıq böyük deyil.

    “Bu bazanın hərbi baxımdan mənasız olduğu kifayət qədər aydındır. Kommunikasiyaların uzun olması, Rusiya ilə Ermənistan arasında Gürcüstanın yerləşməsi, bazanın təminatı və xidmətində mövcud çətinliklər, həmçinin onun tarixi anaxronizmə çevrilməsi bunu göstərir”, – İskəndəryan deyib.

    O qeyd edib ki, 102-ci baza hazırda daha çox simvolik məna daşıyır. Politoloqun fikrincə, bu, Rusiyanın Ermənistana dəstəyinin və Rusiya-Ermənistan münasibətlərinin simvoludur.
    İskəndəryan hesab edir ki, Vladimir Putin bu məsələni gündəmə gətirməklə İrəvana qarşı diskursiv təzyiq vasitələrindən birini tətbiq edib. Politoloq qazın qiymətinin artırılması ilə bağlı mümkün təhdidləri də eyni yanaşmanın tərkib hissəsi kimi qiymətləndirib.

    Onun sözlərinə görə, belə siyasət nəticə etibarilə Rusiyanın Ermənistanla iqtisadi əlaqələrinə də zərər vura və Moskvanın İrəvana təsir rıçaqlarından birini itirməsinə səbəb ola bilər.
    “Lakin Rusiya Ermənistanı itirsə, bütün Cənubi Qafqazı itirəcək. Nə Abxaziya, nə də Cənubi Osetiya Ermənistanı əvəz edə bilməz”, – politoloq vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR