AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: ABŞ İranda Baydenin Ukraynaya göndərdiyindən daha az sursat istifadə edib

  • + A
  • - A
  • Bu gün, 22:27

    Tramp: ABŞ İranda Baydenin Ukraynaya göndərdiyindən daha az sursat istifadə edib


    ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika ordusunun sursat ehtiyatları demək olar ki, məhdudiyyətsizdir və bu ehtiyatlar İranla bağlı hazırkı hərbi əməliyyatın ehtiyaclarını əhəmiyyətli dərəcədə üstələyir.

    Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, ABŞ-ın orta və yüksək keyfiyyətli sursat ehtiyatları kifayət qədər böyükdür.

    “Bizim demək olar ki, məhdudiyyətsiz həcmdə sursatımız var. Bu, hazırkı və ya hər hansı başqa müharibədə istifadə edə biləcəyimizdən qat-qat çoxdur”, – deyə Tramp bildirib.
    ABŞ prezidenti qeyd edib ki, ölkədə sursat istehsalı “əvvəllər heç vaxt görülməmiş səviyyələrə” çatıb. Onun sözlərinə görə, Vaşinqton mümkün hərbi ssenarilərə hazır olmaq üçün ehtiyatlarını da artırır.

    Tramp hazırda sursatların əsasən ABŞ üçün saxlanıldığını vurğulayıb. O, müttəfiqlərə tədarükün isə yaxın zamanda yenidən başlayacağını bildirib.
    ABŞ prezidenti həmçinin hazırkı əməliyyat zamanı istifadə olunan sursatların həcmini keçmiş prezident Co Baydenin administrasiyası dövründə Ukraynaya göstərilən hərbi yardımla müqayisə edib.

    “Bayden administrasiyası Ukraynaya bizim İranda istifadə etdiyimizdən daha çox sursat göndərib və bunu tamamilə pulsuz edib”, – Tramp yazıb.
    Trampın sözlərinə görə, Bayden administrasiyası dövründə Ukraynaya və NATO-ya da yüz milyardlarla dollar həcmində vəsait pulsuz təqdim edilib. O hesab edir ki, bu xərcləri əslində Avropa ödəməli idi.
    “Biz bu pulları, bir qədər gec də olsa, tələb edəcəyik”, – deyə ABŞ prezidenti əlavə edib.

    Tramp paylaşımının əvvəlində ABŞ-ın İrandakı hərbi əməliyyatlarının mediada düzgün işıqlandırılmadığını iddia edərək jurnalistləri də tənqid edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR