AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İRAN ABŞ-DAN MÜHARİBƏ ZƏRƏRİNƏ GÖRƏ TƏZMİNAT TƏLƏB EDİB

  • + A
  • - A
  • Bu gün, 22:39

    İRAN ABŞ-DAN MÜHARİBƏ ZƏRƏRİNƏ GÖRƏ TƏZMİNAT TƏLƏB EDİB


    İran ABŞ-ı Yaxın Şərqdə yaratdığı müharibə nəticəsində bölgə ölkələrinə dəymiş zərəri kompensasiya etməyə və hərbi qüvvələrini regiondan çıxarmağa çağırıb

    İran İslam Respublikası ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiyanın sözlərinə görə, Vaşinqton üçün ən məntiqli qərar yaranmış reallıqları qəbul etmək, müharibənin yaratdığı xərcləri ödəmək və regionu tərk etməkdir.

    Əkrəminiya bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
    O bildirib ki, ABŞ-ın regiondakı təhlükəsizliyinin təmin olunması və Amerika xalqının rifahının yaxşılaşdırılması üçün Vaşinqton öz siyasətinə yenidən baxmalıdır.

    İran rəsmisinin sözlərinə görə, ABŞ ordusunun Yaxın Şərqdə üzləşdiyi problemlər və amerikalıların qarşılaşdığı çətinliklər Vaşinqtonun İran İslam Respublikasına qarşı “təcavüzkar siyasətinin” nəticəsidir.

    Qeyd edək ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranda bir sıra hədəflərə zərbələr endirildiyini açıqlayıb.
    “Press TV”nin məlumatına görə, partlayışlar İranın cənub sahillərində, o cümlədən Kişm adasında və bir sıra şəhərlərdə baş verib.
    Buna cavab olaraq İran ABŞ-ın Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, İraq və Bəhreyndə yerləşən hərbi bazalarına zərbələr endirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR