AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polşada əlavə zenit polku yaradılıb

  • + A
  • - A
  • Bu gün, 22:46

    Polşada əlavə zenit polku yaradılıb


    Polşada əlavə zenit polku yaradılıb – təxminən 1000 hərbçi xidmət edəcək

    Polşanın cənubunda əlavə zenit polku yaradılıb.
    Bu barədə ölkənin milli müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.

    Nazir bildirib ki, sentyabrın 4-də səhər saatlarında 87-ci zenit polkunun yaradılması ilə bağlı qərarı imzalayıb. Yeni polkun bazası Bjeşko şəhərində yerləşəcək.

    Onun sözlərinə görə, polkun şəxsi heyəti təxminən 1000 hərbçidən ibarət olacaq.

    Vladislav Kosinyak-Kamış qeyd edib ki, yeni hərbi birləşmə hava hücumundan, raketlərdən və pilotsuz uçuş aparatlarından müdafiə sistemləri ilə təchiz ediləcək.
    Nazir polkun silahlanmasına daxil ediləcək konkret hərbi texnikanın adlarını açıqlamayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR