Hindistanda təyyarə taksi zamanı dirəyə çırpılıb

Hindistan aeroportunda təyyarə taksi zamanı dirəyə çırpılıb
Hindistanın Srinagar şəhərindəki aeroportda təyyarə hərəkət zolağında taksi etdiyi zaman dirəyə çırpılıb.
Bu barədə sentyabrın 4-də ANI xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, insident zamanı təyyarədə olan bütün sərnişin və ekipaj üzvləri təhlükəsiz vəziyyətdə olub. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Aeroportun fəaliyyəti isə normal rejimdə davam edir.
Reysi həyata keçirən IndiGo aviaşirkəti bildirib ki, hadisə ilə bağlı bütün aidiyyəti qurumlar dərhal məlumatlandırılıb. Hazırda aviaşirkət həmin qurumlarla birgə insidentin səbəblərini araşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.