Putin Uitkoff və Kuşnerlə görüşdə – əsas müzakirə mövzuları açıqlanıb

Rusiya Prezidenti Vladimir Putinin amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşner ilə görüşü 3 saatdan çox davam edib.
AzadMedia.az TASS-a istinadən xəbər verir ki, görüş başa çatdıqdan sonra Uitkoff və Kuşnerin kortejləri Kremldən yola düşüb.
Qeyd edək ki, bu, Putinin Uitkoffla səkkizinci görüşüdür. Kuşner isə Ukrayna nizamlanması ilə bağlı müzakirələrdə üçüncü dəfə iştirak edir.
Moskvadakı görüşdən sonra Uitkoff və Kuşnerin danışıqları davam etdirmək üçün Kiyevə gedəcəkləri bildirilir.
Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, görüş Kremldə keçirilir.
Rusiya tərəfdən görüşdə prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edir.
Kremlin mətbuat xidməti görüşün görüntülərini yayıb.
Putin amerikalı danışıqçılarla görüşdə müzakirə edəcəyi vəziyyəti mürəkkəb adlandırıb.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Moskvaya gəliblər.
Bakıvaxtı.az xəbər verir ki, Uitkoff və Kuşnerin olduğu kortej Rusiya Prezidenti Vladimir Putinlə görüşün keçiriləcəyi Kreml ərazisinə daxil olub.
Ağ Ev nümayəndələrinin tərəflərə müharibənin dayandırılması üçün yeni sülh planı gətirdiyi bildirilir. Səfər çərçivəsində tərəflərin atəşkəs şərtlərini və ərazi məsələlərini müzakirə edəcəyi gözlənilir.
ABŞ nümayəndələrinin Moskvadakı danışıqlardan dərhal sonra – sentyabrın 6-da Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəkləri planlaşdırılır. Səfərlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə Rusiya və Ukrayna tərəfləri hava zərbələrinə müvəqqəti fasilə verilməsi barədə razılıq əldə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.