AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Ukrayna səngərlərinə PUA-larla vərəqə atır: “Təslim olun” çağırışı

  • + A
  • - A
  • Bu gün, 18:17

    Rusiya Ukrayna səngərlərinə PUA-larla vərəqə atır: “Təslim olun” çağırışı

    Rusiya Silahlı Qüvvələri Ukrayna hərbçilərinə təslim olmaq təklifinin yer aldığı vərəqələri pilotsuz uçuş aparatları vasitəsilə mövqelərə çatdırır.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, “Mərkəz” qoşun qruplaşmasının PUA bölmələri “Molniya-2” aparatlarından istifadə etməklə Ukrayna hərbçilərinin mövqelərinə təbliğat vərəqələri atır.

    Rusiya tərəfinin məlumatına əsasən, əməliyyatlar Donetsk vilayətinin Dobropolye qəsəbəsi istiqamətində həyata keçirilir.

    Nazirlik Ukrayna hərbçiləri arasında könüllü təslimolma hallarının artdığını iddia edib.

    [video=]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR