Ermənistan parlamentində diqqətçəkən dəyişiklik – deputat komitəni tərk etdi

Ermənistan parlamentində hakim fraksiyanın deputatı Andranik Koçaryan Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitədən ayrılıb.
“Joğovurd”un yaydığı məlumata görə, deputatın qərarı komitə rəhbərliyində baş verən dəyişiklikdən sonra verilib.
İddialara görə, Koçaryan yeni komitə sədri Vilen Qabrielyanın rəhbərliyi ilə işləmək niyyətində deyil. Məlumatda onların daha əvvəl də münasibətlərində problemlər yaşadığı vurğulanıb.
Komitədən ayrılan Koçaryan parlamentin Dövlət-hüquq məsələləri üzrə daimi komitəsinə keçib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.