AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AfD-nin qadağan olunması Almaniyada gərginliyə səbəb ola bilər – fransalı siyasətçi

  • + A
  • - A
  • Bu gün, 10:11

    AfD-nin qadağan olunması Almaniyada gərginliyə səbəb ola bilər – fransalı siyasətçi

    Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyasının qadağan olunmasının ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.

    Bu barədə Filippo “X” sosial şəbəkəsində paylaşım edib.

    O, Almaniya kansleri Fridrix Mertsin konstitusiyanın ultra-sağçı hökumətdən qorunması ilə bağlı açıqlamasına reaksiya verib. Filippo kanslerin sözlərinin AfD-nin qadağan edilməsi prosedurunun mümkün başlanması ilə bağlı suallar yaratdığını vurğulayıb.

    “Merkel həqiqətən AfD-nin qadağan edilməsi prosedurunu başlatmağa hazırlaşır? Mertsin bu kontekstdəki bəyanatı çox qəribə səslənir. Belə bir qadağa ölkədə inqilaba səbəb olar”, - deyə o qeyd edib.

    Bildirək ki, AfD Saksoniya-Anhalt vilayətində keçirilən parlament seçkilərində 43,8 faiz səs toplayıb. CDU isə 17,2 faiz səslə ikinci olub.

    AfD-nin həmsədri Alisa Vaidel seçki nəticələrinin Fridrix Mertsin siyasətinə verilən qiymət olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR