İrandan ABŞ-yə xəbərdarlıq: Hörmüz boğazının blokadaya alınması gündəmdə

İran ABŞ-nin iqtisadi təzyiqlərinə cavab olaraq Hörmüz boğazı zonasının tam blokadaya alına biləcəyini açıqlayıb.
Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai məlumat verib.
O, “X” sosial şəbəkəsində yazıb ki, Vaşinqton son günlər İranın yeni raketləri ilə bağlı xəbərdarlıq alıb.
“İqtisadi müharibə Fars körfəzindən blokada perimetrinə qədər olan dəniz təcrid zonası ilə qarşılanacaq”, - deyə Rezai bildirib.
İran rəsmisi əlavə edib ki, ABŞ hərbi gəmiləri və hərbi bazaları ilə bağlı əməliyyat strategiyası əsaslı şəkildə dəyişdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.