Trampdan “Bombardier”ə xəbərdarlıq: ABŞ-da satışlar dayandırıla bilər

ABŞ Prezidenti Donald Tramp Kanadanın təyyarə istehsalçısı “Bombardier” şirkətinin məhsullarının ABŞ bazarında satışının dayandırılmasının tərəfdarı olduğunu açıqlayıb.
Bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp şirkətin ABŞ bazarından böyük gəlir əldə etdiyini vurğulayaraq “Bombardier” məhsullarının satışına son qoyulmalı olduğunu bildirib.
“Onların məhsulları kifayət qədər yaxşı deyil. Gəlirlərinin 50 faizindən çoxu ABŞ-dan gəlir. Onlar amerikalı alıcılar, şirkətlər, hava limanları və xidmətlər hesabına yaşayırlar”, - deyə ABŞ Prezidenti yazıb.
Trampın sözlərinə görə, şirkət ABŞ bazarında qalmaq istəyirsə, istehsalı ölkə ərazisinə köçürməlidir.
“Bombardier” isə ABŞ-da 3 500-ə yaxın işçi çalışdırdığını və 47 ştatda təxminən 2 800 amerikalı təchizatçı ilə əməkdaşlıq etdiyini açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.