AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə ticarəti qadağan etməyə hazırlaşır

  • + A
  • - A
  • Bu gün, 11:29

    Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə ticarəti qadağan etməyə hazırlaşır


    Böyük Britaniya İordan çayının Qərb sahilində yerləşən İsrail yaşayış məntəqələrinə qarşı iqtisadi məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.

    “The Guardian” qəzetinin məlumatına görə, Böyük Britaniyanın xarici işlər naziri Ed Milibənd çərşənbə axşamı İsrail yaşayış məntəqələrində istehsal olunan məhsulların ticarətinə qadağa qoyulacağını açıqlayacaq.

    “The New York Times”ın mənbələri isə bildiriblər ki, hazırlanan tədbirlər yaşayış məntəqələrinin tikintisinə yardım göstərən şirkətlərə qarşı sanksiyaları da əhatə edə bilər.

    “The Jerusalem Post”un öz mənbələrinə istinadən yaydığı məlumata görə, məskunlaşma ərazilərində istehsal olunan məhsulların idxalına qadağa ilə yanaşı, İsrail təşkilatları və ayrı-ayrı şəxslərə qarşı məqsədli sanksiyaların tətbiqi də nəzərdə tutulur.

    Milibəndin çıxışında İsrail-Fələstin münaqişəsinin həlli üçün iki dövlət prinsipinə dəstək ifadə etməsi, həmçinin fələstinlilərin hüquqlarının qorunmasının və beynəlxalq hüquq normalarına riayət olunmasının vacibliyini vurğulaması gözlənilir.

    Qəzetin yazdığına görə, Milibənd parlament qarşısındakı çıxışında Qəzza zolağında fələstinlilərin üzləşdiyi “humanitar ədalətsizliyə” əvvəlki xarici işlər nazirlərindən daha sərt şəkildə toxuna bilər.

    Bu addım Böyük Britaniyada İsrail yaşayış məntəqələri ilə ticarətin qadağan edilməsinə ictimai dəstəyin artdığı bir vaxtda gündəmə gəlib. “The Guardian”ın sifarişi ilə Opinium tərəfindən keçirilən sorğuya əsasən, britaniyalıların 46 faizi yaşayış məntəqələrində istehsal olunan məhsullarla ticarətin qadağan edilməsini dəstəkləyir. Respondentlərin yalnız 18 faizi bu tədbirin əleyhinə çıxıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR