Ərdoğandan regional proseslərlə bağlı sərt açıqlamalar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin regional proseslərdə mövqeyini qoruyacağını və Türkiyəyə qarşı düşmənçilik edən qüvvələrin məqsədlərinə nail ola bilməyəcəyini bildirib.
Dövlət başçısı Türkiyənin tarixi irsinə və regiondakı vəziyyətə toxunaraq ölkə ərazisində hərbi əməliyyatların keçirilməsinə imkan verməyəcəklərini söyləyib.
“Bu torpaqlarda heç kimə hərbi əməliyyat etdirmərik. Bölgəmizdə ölkəmizi mühasirəyə almaq niyyətlərini tribunalardan izləməyəcəyik. Səlcuqlu və Osmanlı irsini yox sayan tarix oxunmalarını xoşniyyətli hesab etmirik. Türkiyəyə düşmənçilik edənlər itirəcəklər”, – deyə Ərdoğan qeyd edib.
O, İranda yaşanan böhranın dünya enerji bazarına təsir etdiyini də bildirib. Ərdoğanın sözlərinə görə, Hörmüz boğazında vəziyyətin həll edilməməsi neft qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.
Türkiyə Prezidenti ölkənin iqtisadi göstəricilərinə də diqqət çəkib. O bildirib ki, avqust ayında ixrac 23,5 milyard dollarla rekord həddə çatıb. İllik ixracın həcmi isə 280,3 milyard dollara yüksəlib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.