AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Körfəz ölkələri vahid turist vizasının tətbiqinə hazırlaşır

  • + A
  • - A
  • Bu gün, 16:21

    Körfəz ölkələri vahid turist vizasının tətbiqinə hazırlaşır


    Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə yaxın vaxtlarda vahid turist vizasının tətbiqinə başlayacaq.

    Bu barədə KƏŞ-in baş katibi Casem Məhəmməd əl-Budeyvi məlumat verib. Onun sözlərinə görə, BƏƏ-nin Khaleej Times qəzeti layihənin “yaxın vaxtlarda” həyata keçiriləcəyini yazıb.

    Baş katib bildirib ki, vahid viza xarici vətəndaşların region ölkələri arasında səfərlərini asanlaşdıracaq. Yeni sistem Şengen vizasına bənzər şəkildə fəaliyyət göstərəcək.

    Bununla belə, vahid turist vizasının dəqiq tətbiq tarixi, qiyməti, müraciət proseduru və etibarlılıq müddəti hələ açıqlanmayıb.

    Daha əvvəl yayılan məlumatlarda bildirilirdi ki, vahid viza layihəsi KƏŞ-ə üzv bütün ölkələr tərəfindən təsdiqlənib. Layihənin həyata keçirilməsi ilə ölkələrin daxili işlər nazirlikləri məşğul olur.

    KƏŞ-ə Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı daxildir.

    Təşkilatın əsas məqsədi üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və mühüm beynəlxalq və regional məsələlər üzrə ortaq mövqelərin formalaşdırılmasıdır. Təşkilata daxil olan bütün ölkələr monarxiya idarəetmə formasına malikdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR