Rusiya Macarıstanın 10 rusiyalı diplomatı ölkədən çıxarmasına cavab verəcək

Rusiya Macarıstanın 10 rusiyalı diplomatını ölkədən çıxarmasına cavab verəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi TASS-a açıqlamasında məlumat verib. Nazirlikdən bildirilib: “Rusiya 10 diplomatın ölkədən çıxarılmasına cavab verəcək”.
Daha əvvəl Macarıstanın xarici işlər naziri Anita Orban ölkəsinin Budapeştdəki Rusiya səfirliyinin 10 əməkdaşını persona non grata elan edərək ölkədən çıxaracağını açıqlamışdı. Buna səbəb kimi onların fəaliyyətinin diplomatik statuslarına uyğun olmadığı göstərilib.
Macarıstan tərəfi diplomatların konkret olaraq hansı fəaliyyətinə görə ölkədən çıxarıldığını açıqlamayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.