AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, onu başa çatdırmağa çalışır

  • + A
  • - A
  • Bu gün, 16:25

    Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, onu başa çatdırmağa çalışır


    Rusiya Ukraynada müharibə istəməyib və müharibəyə başlamayıb, hazırda isə onu başa çatdırmağa çalışır.

    Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov BRİKS sammiti ərəfəsində Yeni Dehlidə Hindistan mediasının nümayəndələri üçün keçirdiyi brifinqdə bildirib.

    “Biz heç vaxt bu müharibəni istəməmişik. Etməyə çalışdığımız şey əvvəllər başlamış müharibəni başa çatdırmaqdır. Və bu müharibəni biz başlamamışıq”, — deyə Peskov bildirib.

    Kremlin sözçüsü münaqişənin ilkin səbəblərinin 2014-cü ildə Ukraynada baş vermiş dövlət çevrilişindən qaynaqlandığını iddia edib. Onun sözlərinə görə, həmin hadisə Rusiyaya qarşı mübarizə aparmaq üçün Ukraynadan dayaq məntəqəsi kimi istifadə etmək istəyən Qərb ölkələri tərəfindən təşkil olunub.

    Peskovun sözlərinə görə, bundan sonra Ukraynada millətçilər hakimiyyətə gəlib və rusdilli əhalinin hüquqları məhdudlaşdırılmağa başlanıb.

    “Hazırda dayandırmağa çalışdığımız müharibə də məhz bununla başladı”, — Kremlin sözçüsü vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR