AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlon Maskdan süni intellekt və robotlarla bağlı diqqətçəkən proqnoz

  • + A
  • - A
  • Bu gün, 09:30

    İlon Maskdan süni intellekt və robotlarla bağlı diqqətçəkən proqnoz

    Texnologiya sahəsində fəaliyyət göstərən milyarder İlon Mask süni intellekt və humanoid robotların inkişafının qlobal iqtisadi münasibətlərdə ciddi dəyişikliklər yaradacağını proqnozlaşdırıb.

    O, “The Economist”ə müsahibəsində bildirib ki, qarşıdakı 10 il ərzində texnologiyanın inkişafı insanların əmək fəaliyyətinə və gəlir əldə etmək modelinə təsir göstərə bilər.

    Maskın proqnozuna əsasən, 2036-cı ilə qədər süni intellekt və robotlar geniş çeşiddə mal və xidmətləri kütləvi şəkildə istehsal etmək imkanına sahib ola bilər.

    “2036-cı ildə pulun heç bir əhəmiyyəti qalmayacaq”, - deyə o qeyd edib.

    Milyarderin fikrincə, süni intellekt proqramlaşdırma, təhlil, maliyyə, hüquq və mühəndislik kimi sahələrdə insanların əməyinin böyük hissəsini əvəz edə bilər.

    Humanoid robotların isə fiziki əməyin tələb olunduğu istehsalat, logistika və texniki xidmət sahələrində daha geniş istifadə ediləcəyi ehtimal olunur.

    Mask hesab edir ki, bu tendensiya insanların işləməsini iqtisadi zərurət olmaqdan çıxara və əmək fəaliyyətini daha çox şəxsi seçimə çevirə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR