Alimlərdən xəbərdarlıq: yüksək dərman davamlı vərəm ştammı bir neçə ölkədə aşkarlanıb

Yüksək antibiotik davamlılığı ilə seçilən “EurA1.1” vərəm ştammının Belarusdan kənarda da yayıldığı müəyyən olunub.
Dublin Şəhər Universitetinin alimlərinin araşdırmasına əsasən, ştammın genomik nümunələri Rusiya, Almaniya, Ukrayna, Gürcüstan və Moldovada aşkarlanıb.
Tədqiqat npj Antimicrobials and Resistance jurnalında dərc edilib. Alimlər 1 362 nümunənin genomlarını araşdıraraq “EurA1” adlı yüksək dərman davamlılığı ilə xarakterizə olunan kladı müəyyənləşdiriblər.
Araşdırmada qeyd olunur ki, “EurA1.1” alt qrupu əsasən Belarusda müşahidə edilsə də, onun digər ölkələrdə də dövr etdiyi barədə genomik göstəricilər mövcuddur.
Bundan əlavə, “EurA1” qrupuna aid nümunələr Avropanın müxtəlif ölkələri ilə yanaşı, ABŞ, Avstraliya, Botsvana və İranda da qeydə alınıb. Alimlər bunu dərmana davamlı vərəmin beynəlxalq xarakter daşıyan ciddi problem olaraq qaldığını göstərən faktlardan biri kimi qiymətləndirirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.