AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Koreya hərbçiləri bir ay ərzində Cənubi Koreya sərhədini 20 dəfədən çox pozub

  • + A
  • - A
  • Bu gün, 13:46

    Koreya hərbçiləri bir ay ərzində Cənubi Koreya sərhədini 20 dəfədən çox pozub


    Şimali Koreya hərbçiləri son bir ay ərzində Cənubi Koreya ilə sərhəddə yerləşən hərbi demarkasiya xəttini 20 dəfədən çox keçiblər.

    Bu barədə Yonhap agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

    Komitənin məlumatına görə, 2025-ci ilin əvvəlindən etibarən Şimali Koreya hərbçilərinin hərbi demarkasiya xəttini keçməsi ilə bağlı ümumilikdə 17 insident qeydə alınıb. Cənubi Koreya tərəfi, bir qayda olaraq, bu keçidləri qəsdən törədilmiş hərəkətlər kimi qiymətləndirməyib.

    Bildirilir ki, KXDR 2024-cü ildən etibarən sərhəd bölgəsində genişmiqyaslı möhkəmləndirmə işləri aparır. Bu işlərə müxtəlif maneələrin və istehkamların qurulması, ərazilərin minalanması, ərazinin təmizlənməsi və sıx bitki örtüyü olan sahələrdə patrul xidmətinin gücləndirilməsi daxildir.

    Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndəsi bildirib ki, 2025-ci ildə işlər əvvəllər müdaxilə edilməmiş ərazilərdə də aparılır və bu səbəbdən sərhəd xəttinin keçilməsi halları qeydə alınıb.

    Onun sözlərinə görə, Seul Şimali Koreya hərbçilərinin bu hərəkətlərini hərbi əməliyyatların xarakterinin dəyişməsi və ya xüsusi aktivliyin artması kimi qiymətləndirmir.

    “Cari ildə işlər əvvəllər toxunulmayan ərazilərdə aparılır və bununla əlaqədar pozuntular qeydə alınıb. Biz Şimali Koreya hərbçilərinin hərəkətlərini əməliyyatların xarakterinin dəyişməsi və ya hər hansı xüsusi aktivliyin nəticəsi hesab etmirik”, — deyə komitənin nümayəndəsi bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR