ABŞ Polşaya 4 milyard dollarlıq hərbi kredit ayırıb

ABŞ Polşaya hərbi texnika və silahların alınmasının maliyyələşdirilməsi üçün 4 milyard dollar həcmində kredit ayırıb.
Polşa və ABŞ-ın müdafiə qurumları Varşavaya Foreign Military Financing (FMF) proqramı çərçivəsində 4 milyard dollarlıq kredit zəmanətlərinin təqdim edilməsini nəzərdə tutan saziş imzalayıb.
Polşanın Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumata görə, sənədi Baş nazirin müavini Vladislav Kosinyak-Kamış, maliyyə və iqtisadiyyat naziri Andjey Domanski, Milli İqtisadiyyat Bankının idarə heyətinin sədri MiroSlav Çekay və bankın birinci sədr müavini Marta Postula imzalayıblar.
Kosinyak-Kamışın sözlərinə görə, bu, Polşanın ABŞ-dan silah alışı üçün FMF proqramı çərçivəsində əldə etdiyi altıncı kredit sazişidir.
Sazişin imzalanması mərasimində iştirak edən ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Tomas Dinanno kreditin məbləğinin 4 milyard dollar olduğunu açıqlayıb.
Amerikalı diplomatın sözlərinə görə, sonuncu sazişlə birlikdə ABŞ-ın Polşaya təqdim etdiyi hərbi kreditlərin ümumi həcmi 20 milyard dollara çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.