AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İndoneziyada Anak-Krakatau vulkanı yaxınlığında 5 jurnalist itkin düşüb

  • + A
  • - A
  • Bu gün, 13:49

    İndoneziyada Anak-Krakatau vulkanı yaxınlığında 5 jurnalist itkin düşüb


    İndoneziyanın Anak-Krakatau vulkanı yaxınlığında beş jurnalist və şəxsiyyəti müəyyən edilməyən iki nəfər itkin düşüb.

    Bu barədə Antara agentliyi məlumat yayıb.

    Məlumata görə, sentyabrın 7-də jurnalistlərin olduğu sürətli qayıq Banten əyalətində yerləşən Pagedongan limanından yola çıxıb. Jurnalistlər Anak-Krakatau vulkanında çəkiliş aparmağı planlaşdırıblar. Lakin səfər zamanı onlarla əlaqə kəsilib.

    Agentliyin məlumatına əsasən, qayıqda ümumilikdə yeddi nəfər olub. Onların arasında ANTARA informasiya agentliyinin fotojurnalisti M. Bagus Xoyrunnas, Merdeka nəşrindən Ari Basuki, iNews jurnalisti Yudhis, Anadolu agentliyindən Daus və müstəqil jurnalist Donal, həmçinin şəxsiyyətləri hələ müəyyən edilməyən iki nəfər olub.

    İtkin düşənlərin axtarışının ilk mərhələsi nəticə verməyib.

    Axtarış-xilasetmə əməliyyatının aparılmasını isə vulkandakı püskürmə prosesi çətinləşdirir. Hakimiyyət orqanları bölgədəki təhlükəli şəraitə görə axtarış işlərində ehtiyatlı davranmalı olur.

    Anak-Krakatau İndoneziyanın Sunda boğazında yerləşən aktiv vulkandır və mütəmadi olaraq püskürmələrlə müşayiət olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR