SEPAH: ABŞ YAXIN ŞƏRQDƏ HƏRBİ MÖVCUDLUĞUNU DAVAM ETDİRƏ BİLMİR

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın Yaxın Şərqdə hərbi resurslarının tükəndiyini iddia edir.
SEPAH-ın rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Möhəbbi bildirib ki, Vaşinqton regionda fəal hərbi mövcudluğunu davam etdirmək imkanını itirir.
Onun sözlərinə görə, hazırkı qarşıdurmada əsas amillərdən biri Hörmüz boğazıdır. Möhəbbi İranın strateji dəniz arteriyasına nəzarət etmək üçün coğrafi mövqeyindən və hərbi imkanlarından istifadə etdiyini deyib.
SEPAH nümayəndəsi ABŞ-ın Fars körfəzindəki hərbi-dəniz qüvvələrinin də azaldığını iddia edib. Bildirib ki, qarşıdurmanın aktiv mərhələsindən əvvəl regionda 30-40 ABŞ hərbi gəmisi olub. Hazırda isə Amerika donanmasının əsas qüvvələrinin İran sahillərindən yüzlərlə kilometr uzaqlaşdığı söylənilir.
Möhəbbi hesab edir ki, ABŞ hərbi gəmilərinin uzun müddət dənizdə saxlanılması ciddi maddi və logistika resursları tələb edir. O, tükənmənin həm hərbi texnikaya, həm də şəxsi heyətin mənəvi-psixoloji durumuna təsir etdiyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.