Fransa hökuməti büdcə müzakirələri uğursuz olacağı təqdirdə parlamentin buraxılmasını müzakirə edir

Fransa Prezidenti Emmanuel Makron 2027-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələrin uğursuz başa çatması və deputatların Baş nazir Sebastyen Lekornyunun hökumətinə etimadsızlıq göstərməsi halında Milli Assambleyanı — parlamentin aşağı palatasını buraxa bilər. Bu barədə Europe 1 radiostansiyası məlumat yayıb.
kornyu hökumətinin istefaya getməsi halında parlamentin yenidən buraxılması ehtimalının açıq şəkildə müzakirə edildiyi bildirilir.
Fransa Konstitusiyasına əsasən, prezident belə bir addım ata bilər. Çünki Milli Assambleyanın sonuncu dəfə buraxılmasından artıq bir ildən çox vaxt keçib.
Lakin Europe 1 qeyd edir ki, parlamentin buraxılması həm daha “idarəolunmaz” siyasi qüvvələrdən ibarət yeni parlamentin formalaşmasına səbəb ola, həm də 2027-ci ildə keçiriləcək prezident seçkilərinə ciddi təsir göstərə bilər.
Belə bir ssenaridə prezidentliyə namizədlər siyasi ittifaqlar barədə daha erkən razılığa gəlməli olacaqlar. Bundan əlavə, yeni prezident seçildikdən sonra bir il ərzində Milli Assambleyanı buraxmaq imkanına malik olmayacaq.
Radiostansiyanın şərhinə görə, bu halda Makron özündən sonra Yelisey sarayına gələcək prezident üçün hazırkı parlament tərkibini müəyyənləşdirmiş olacaq. Nəticədə parlament seçkiləri faktiki olaraq prezident seçkilərinin “ilk turuna” çevrilə bilər.
Daha əvvəl, iyun ayında Le Figaro qəzeti də prezidentin ətrafında Milli Assambleyanın buraxılması və parlament seçkilərinin 2027-ci il prezident seçkiləri ilə eyni vaxtda keçirilməsi ssenarisinin müzakirə edildiyini yazmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.