AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

  • + A
  • - A
  • Bu gün, 17:06

    Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

    Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) ilə hərtərəfli qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük əhəmiyyət verir.

    Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT ölkələrinin Daxili İşlər Nazirləri Şurasının iclası ərəfəsində keçirilən Türk ölkələrinin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşündə bildirib.

    "Türk Dövlətləri Təşkilatı dostluğumuzun möhkəmlənməsinə böyük töhfə verir. Qazaxıstan bu nüfuzlu qurumla hərtərəfli qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük əhəmiyyət verir. Təşkilatın iştirakçı dövlətləri müxtəlif sahələrdə, o cümlədən güc strukturları arasında qarşılıqlı əlaqələri genişləndirirlər. Bu baxımdan daxili işlər nazirlərinin görüşü xüsusi əhəmiyyət kəsb edir", - K.Tokayev bildirib.

    O qeyd edib ki, Türk ölkələrinin əməkdaşlığı ildən-ilə möhkəmlənir, çünki onları tarixi keçmiş, oxşar dil və ənənələr, eləcə də ümumi maraqlar birləşdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR