Putin Hindistana səfər edib: BRICS sammitində iştirak edəcək

Rusiya Prezidenti Vladimir Putin üçgünlük işgüzar səfər çərçivəsində Hindistana gedib.
Putinin təyyarəsi Yeni Dehli yaxınlığında yerləşən Hindistan Hərbi Hava Qüvvələrinin hava bazasına enib. Rusiya liderini Hindistanın xarici işlər üzrə dövlət naziri Kirti Vardan Sinqh qarşılayıb və onun üçün fəxri qarovul dəstəsi düzülüb.
Səfərin əsas məqsədi sentyabrın 11-13-də keçiriləcək BRICS sammitində iştirak etməkdir. Vladimir Putinin Hindistanda olduğu müddətdə müxtəlif ölkələrin nümayəndələri ilə bir sıra görüşlər keçirməsi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.