AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MKİ Klintonu Ben Ladenin ABŞ-a hücum planları barədə xəbərdar edib

  • + A
  • - A
  • Bu gün, 22:17

    MKİ Klintonu Ben Ladenin ABŞ-a hücum planları barədə xəbərdar edib


    MKİ Klintonu Ben Ladenin ABŞ-a hücum planları barədə xəbərdar edib

    ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) hələ 1998-ci ilin dekabrında prezident Bill Klintonu Usamə bin Laden və tərəfdarlarının ABŞ ərazisində terror aktları hazırladığı barədə məlumatlandırıb.
    Bu barədə 11 sentyabr terror aktlarının 25-ci ildönümü ərəfəsində məxfilikdən çıxarılan kəşfiyyat sənədində qeyd olunur.

    4 dekabr 1998-ci il tarixli sənəd Klinton üçün gündəlik prezident brifinqinə daxil edilib. Sənəddə bin Laden və onun müttəfiqlərinin ABŞ-da hücumlar, o cümlədən amerikalı sərnişin təyyarəsinin qaçırılması planları hazırladığı bildirilir.
    Kəşfiyyat məlumatına görə, terrorçuların mümkün məqsədlərindən biri həbsdə olan islamçıların azad edilməsinə nail olmaq olub. Onların arasında şeyx Ömər Əbd ər-Rəhman və Ramzi Yusifin də olduğu qeyd edilir.

    Sənəddə həmçinin bildirilir ki, “Cəmaat əl-İslamiyyə” qruplaşması 1998-ci ilin oktyabrının sonlarına doğru ABŞ ərazisində əməliyyat keçirmək üçün plan hazırlayıb. Lakin həmin plan sonradan dayandırılıb.

    MKİ digər məlumatlarda qruplaşmanın liderlərindən Məhəmməd əl-İslamblinin 1998-ci ilin sentyabrında yaxın həftələr ərzində ABŞ sərnişin təyyarəsini qaçırmaq planı hazırladığını da müəyyən edib.
    Məxfi sənəddə diqqətçəkən başqa bir detal da yer alıb. Terrorçuların əməliyyat qrupunun iki üzvünün Nyu-York hava limanlarından birində təhlükəsizlik yoxlamasından maneəsiz keçə bildiyi bildirilib.

    Kəşfiyyat məlumatında bin Ladenin 1998-ci il dekabrın 20-dək ABŞ-a məxsus sərnişin təyyarələrini qaçırmaq planlarının olduğu da qeyd olunub.

    Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” terror qruplaşmasının üzvləri dörd sərnişin təyyarəsini ələ keçirib. Təyyarələrdən ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrinə, biri Pentaqon binasına çırpılıb. Dördüncü təyyarə isə Pensilvaniya ştatının Şanksvill şəhəri yaxınlığında yerə düşüb.

    11 sentyabr terror aktları nəticəsində ümumilikdə 2977 nəfər həlak olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR