AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Livan ölkənin cənubunda BMT sülhməramlı qüvvələrinin mandatının uzadılmasını istəyib

  • + A
  • - A
  • Dünən, 15:00

    Livan ölkənin cənubunda BMT sülhməramlı qüvvələrinin mandatının uzadılmasını istəyib

    Livan İsrailin kəskin etirazına baxmayaraq, 2026-cı ildən sonra ölkənin cənubunda fəaliyyət göstərən BMT sülhməramlı qüvvələrinin mandatının uzadılmasına nail olmağa çalışır.

    Bu barədə "Financial Times" xəbər yayıb.

    Beyrut BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda təşkilatın Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) missiyasının 2026-cı il dekabrın 31-də başa çatdırılmasının "vaxtından əvvəl" olacağını bildirib və mövcud mandatın məhdud müddətə uzadılmasını istəyib.

    Qeyd olunur ki, Fransa və Təhlükəsizlik Şurasının digər üzvlərinin əksəriyyəti Livanın müraciətini dəstəkləyib. 1978-ci ildə yaradılmış UNIFIL qüvvələrinin sayı 7 mindən çoxdur.

    BMT-nin baş katibi Antonio Quterreş daha əvvəl İsrail hakimiyyətini Livanın cənubunda hərbi əməliyyatı dayandırmağa çağırıb və döyüşlər nəticəsində mülki əhali arasında ölənlərin sayının artdığını bildirib.

    Daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, "Hizbullah" hərəkatının silahlı birləşmələri tərksilah edilənədək İsrail qoşunları Livanı tərk etməyəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR