Suriyada yanacağın qiyməti 40 faiz bahalaşdı – Etirazçılar yolu bağladı

Suriyada yanacaq qiymətlərinin artırılması əhalinin etirazına səbəb olub. Bir neçə şəhərdə keçirilən aksiyalar zamanı əsas magistral yollardan biri bağlanıb.
SANA agentliyinin yaydığı xəbərə görə, etiraz aksiyaları Rəqqə, Hələb və İdlibdə baş verib.
Etirazçılar M5 magistral yolunu bağlayaraq yollarda təkərlər yandırıblar. M5 yolu Hələb və Hama şəhərləri arasında əsas nəqliyyat bağlantılarından biridir.
Bildirilib ki, sentyabrın 13-də ölkədə yanacaq qiymətləri təxminən 40 faiz artırılıb. Aİ-95 benzinin qiyməti 152 Suriya lirəsindən 195 lirəyə, dizel yanacağının qiyməti isə 125 lirədən 175 lirəyə yüksəlib.
Suriyanın Energetika Nazirliyi qərarın dünya bazarlarındakı qiymət dəyişiklikləri və ölkənin yanacaq idxalından yüksək asılılığı ilə bağlı olduğunu açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.