AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan İran aviaşirkətlərinin ölkəyə uçuşlarını dayandırıb

  • + A
  • - A
  • Bu gün, 21:20

    Gürcüstan İran aviaşirkətlərinin ölkəyə uçuşlarını dayandırıb


    ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar Gürcüstanla İran arasında hava əlaqələrinə də təsir göstərib. İran aviaşirkətlərinin Gürcüstana uçuşlarının dayandırıldığı bildirilir.
    Aviasiya eksperti İase Zautaşvili yerli mediaya açıqlamasında bildirib ki, ABŞ sanksiyalarının siyahısına Gürcüstana reyslər həyata keçirən 5 İran aviaşirkəti də daxil edilib. Onun sözlərinə görə, bu səbəbdən Gürcüstanla İran arasında hava əlaqəsinin bu gündən etibarən dayandırılması ehtimalı yüksəkdir.

    Ekspert qeyd edib ki, İranla Gürcüstan arasında hava yolu ilə yük daşımaları həyata keçirilməyib. Buna görə də məhdudiyyətlərin yük daşımaları baxımından ciddi iqtisadi nəticələrə səbəb olmayacağı gözlənilir.

    Əsas təsirin isə sərnişin və turist axınına olacağı bildirilir. Belə ki, Tehran–Tbilisi və Tehran–Batumi marşrutlarında yalnız İran aviaşirkətləri fəaliyyət göstərib. Bu reyslərdən əsasən İran vətəndaşları, turistlər və işgüzar səfər edən şəxslər istifadə ediblər.
    Ekspertin sözlərinə görə, hər il minlərlə iranlı turist Gürcüstana hava yolu ilə səfər edib. Uçuşların dayandırılması onların alternativ – quru və ya tranzit marşrutlardan istifadə etməsinə səbəb olacaq.

    Zautaşvili hesab edir ki, bu vəziyyət Gürcüstanın turizm sektoruna və ölkə iqtisadiyyatına mənfi təsir göstərə bilər. Çünki iranlı turistlərin sayının azalması onların Gürcüstanda etdiyi xərclərin də azalması deməkdir.

    Bununla belə, ekspert vurğulayıb ki, Gürcüstanın ABŞ sanksiyalarından yan keçərək İran aviaşirkətləri ilə əməkdaşlığı davam etdirməsi ölkə iqtisadiyyatı üçün daha ciddi nəticələr doğura bilər.

    Onun fikrincə, sanksiyaların gözardı edilməsi Gürcüstan üçün mövcud məhdudiyyətlərə əməl edilməsindən daha böyük iqtisadi və siyasi risklər yarada bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR