AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsinə baxılacaq

  • + A
  • - A
  • Bu gün, 08:56

    ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsinə baxılacaq


    ABŞ Konqresinin Nümayəndələr Palatasının Prosedur Komitəsi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin palatanın tam tərkibində müzakirəyə çıxarılmasını dəstəkləyib.

    Komitənin iclasından sonra dərc olunan qərara əsasən, səsvermənin nəticəsi 7-3 olub. Bununla da qanun layihəsinin müzakirəyə çıxarılmasına dair prosedur maneələri aradan qaldırılıb.

    Beləliklə, sənəd yaxın vaxtlarda Nümayəndələr Palatasının tam tərkibində müzakirəyə və səsverməyə çıxarıla bilər.

    Prosedur Komitəsi qanun layihələrinin palatada müzakirəsi və səsverməsi üçün qaydaları müəyyənləşdirir. Komitə, həmçinin müzakirələrin müddətini və qanun layihələrinin qəbul prosesi ilə bağlı digər prosedur məsələlərini tənzimləyir.

    Daha əvvəl Bloomberg mənbələrə istinadən bildirmişdi ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzrə səsvermə artıq bu həftə keçirilə bilər.

    Qanun layihəsi bu ilin yayında ABŞ Senatında təsdiqlənib. Sənədin əsas müddəalarından biri Rusiya ilə aktiv ticarət aparan ölkələrə qarşı ikinci dərəcəli sanksiyaların tətbiq edilməsini nəzərdə tutur.

    Layihə həm respublikaçılar, həm də demokratlar, eləcə də Ağ Ev tərəfindən dəstəklənir. Bununla belə, sənədlə bağlı müəyyən narahatlıqlar da səsləndirilib.

    Tənqidçilər hesab edirlər ki, qanunun qəbul olunması ABŞ Prezidenti Donald Trampa tariflərin tətbiqi ilə bağlı geniş səlahiyyətlər verə bilər. Həmçinin bunun dünya neft bazarında qiymətlərin artmasına səbəb ola biləcəyi bildirilir.

    ABŞ Ticarət Palatası qanun layihəsindən tariflərlə bağlı müddəaların çıxarılmasına çağırıb. Təşkilat hesab edir ki, əsas diqqət konkret və hədəfli sanksiyalara, mövcud məhdudiyyətlərdən yayınmanın qarşısının alınmasına və Rusiya enerji resurslarını alan ölkələrlə diplomatik fəaliyyətə yönəldilməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR