AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qaluzin: Rusiya Ermənistandan Gümrüdəki hərbi bazanın çıxarılması ilə bağlı müraciət almayıb

  • + A
  • - A
  • Bu gün, 08:58

    Qaluzin: Rusiya Ermənistandan Gümrüdəki hərbi bazanın çıxarılması ilə bağlı müraciət almayıb


    Rusiya Ermənistandan Gümrüdə yerləşən Rusiya hərbi bazasının ölkədən çıxarılması ilə bağlı hər hansı rəsmi müraciət almayıb.

    Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə açıqlamasında bildirib.

    “Ermənistan tərəfdən Gümrüdə yerləşdirilmiş Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir müraciət almamışıq”, – deyə diplomat qeyd edib.

    Qaluzin vurğulayıb ki, Moskva hazırda da sözügedən hərbi bazanı Ermənistanın və bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının mühüm elementi hesab edir.

    Qeyd edək ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası Ermənistan ərazisində fəaliyyət göstərən əsas Rusiya hərbi obyektidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR