İran eyni tipli ikinci ABŞ PUA-sını vurduğunu bildirdi

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı yaxınlığında daha bir ABŞ istehsalı pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
IRNA-nın yaydığı xəbərə görə, söhbət MQ-1 tipli PUA-dan gedir. Aparat Hörmüz boğazının qərbində İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən aşkarlanıb və vurulub.
Bununla yanaşı, İnqilab Keşikçiləri ötən gün səhər saatlarında da Hörmüz boğazı üzərində MQ-1 tipli PUA-nın vurulduğunu açıqlamışdı.
MQ-1 ABŞ tərəfindən 1990-cı illərdə istehsal edilib. PUA ilkin olaraq kəşfiyyat və müşahidə məqsədləri üçün nəzərdə tutulub. Daha sonra onun müxtəlif əlavə kameralar və raket sistemləri ilə təchiz edildiyi qeyd olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.