Şərq–Qərb” neft kəmərinin fəaliyyəti bir neçə gün ərzində bərpa olunacaq.

ABŞ-ın energetika naziri Kris Rayt Səudiyyə Ərəbistanının “Şərq–Qərb” neft kəmərinin fəaliyyətinin bir neçə gün ərzində bərpa olunacağını açıqlayıb.
Rayt CNBC-yə müsahibəsində bildirib ki, kəmərin çox yaxın zamanda yenidən işə salınacağı gözlənilir.
Təxminən 1200 kilometr uzunluğunda olan “Şərq–Qərb” kəməri Səudiyyə Ərəbistanının şərqindəki neft yataqlarını və emal müəssisələrini Qırmızı dəniz sahilindəki Yanbu limanı ilə birləşdirir.
Marşrutun əsas strateji əhəmiyyəti ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı neftinin bir hissəsini Hörmüz boğazından yan keçməklə dünya bazarlarına çıxara bilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən həftə Yəməndə İranın dəstəklədiyi husilərlə qarşıdurmanın kəskinləşməsi fonunda kəmərlə neft nəqlini müvəqqəti dayandırmışdı.
Kəmərin yenidən fəaliyyətə başlaması xüsusilə Hörmüz boğazı ətrafında gərginliyin yüksək olaraq qaldığı bir vaxtda Səudiyyə Ərəbistanının neft ixracını alternativ marşrutla davam etdirməsinə imkan verəcək.
Beləliklə, “Şərq–Qərb” kəmərinin işə düşməsi qlobal neft təchizatında mümkün fasilələr fonunda mühüm alternativ marşrutlardan birini yenidən aktivləşdirə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.