ABŞ-dan İsrailə 2,8 milyard dollarlıq silah paketi: 40 min bomba satılacaq

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İsrailə genişmiqyaslı silah satışı həyata keçirməyə hazırlaşdığı iddia olunur.
“Washington Post”un yaydığı məlumata əsasən, nəzərdə tutulan satış paketinin ümumi dəyəri 2,8 milyard dollardır.
Paketə 20 min ədəd MK-84, 20 min ədəd BLU-117 bombası və 20 min I-2000 Penetrator döyüş başlığının daxil ediləcəyi gözlənilir.
Qəzetin məlumatına görə, ABŞ Konqresinə satışla bağlı ilkin bildiriş təqdim olunub, rəsmi prosedurun isə yaxın zamanda başlanacağı bildirilir.
Nəşr mümkün razılaşmanı son illərdə ABŞ tərəfindən həyata keçiriləcək ən böyük birdəfəlik silah satışlarından biri kimi qiymətləndirir.
MK-84 bombalarının ağır çəkili və yüksək dağıdıcı gücə malik silahlar olduğu qeyd edilir. Bu bombaların Qəzza zolağında istifadə edildiyi barədə məlumatlar yayılıb.
ABŞ rəsmisi isə məsələ ilə bağlı bildirib ki, xarici silah satışları müəyyən hüquqi prosedurlar çərçivəsində nəzərdən keçirilir və yekun qərar verilməyən satışlarla bağlı açıqlama verilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.