AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qalibaf: ABŞ və İsrail İraq Kürdüstanında İrana qarşı əməliyyat bazası yaratmağa çalışıb

  • + A
  • - A
  • Dünən, 16:30

    Qalibaf: ABŞ və İsrail İraq Kürdüstanında İrana qarşı əməliyyat bazası yaratmağa çalışıb


    İran parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf ABŞ və İsrailin 40 günlük müharibə zamanı İraq Kürdüstanından İrana qarşı hərbi və təhlükəsizlik əməliyyatları həyata keçirmək üçün baza kimi istifadə etməyə çalışdığını bildirib.

    İranın “Mehr” agentliyinin məlumatına görə, Qalibaf bu barədə Tehranda İraq Kürdüstanının liderlərindən biri, Kürdüstan Vətənpərvərlər İttifaqının (KDP) lideri Bafel Talabani ilə görüşündə danışıb.

    Qalibafın sözlərinə görə, İran Silahlı Qüvvələrinin vaxtında müdaxiləsi və regiondakı müttəfiqlərin dəstəyi nəticəsində ABŞ və İsrailin bu planının qarşısı alınıb.

    “Amerikalıların başlatdığı müharibə zamanı xalqımız və Silahlı Qüvvələrimiz ABŞ və sionist rejimə qarşı necə müqavimət göstərə biləcəyini nümayiş etdirdi”, – deyə Qalibaf bildirib.

    O qeyd edib ki, Vaşinqton İranın bu miqyasda müqavimət göstərəcəyini və nəticədə hərbi-siyasi itkilərlə üzləşəcəyini, ehtimal ki, gözləmirdi.

    Qalibaf İraq Kürdüstanındakı vəziyyətə xüsusi diqqət çəkərək bildirib ki, müharibə zamanı ABŞ İraq ərazisindən İrana qarşı hərbi və təhlükəsizlik əməliyyatları həyata keçirməyə çalışıb.

    “Lakin regiondakı dostlarınızın köməyi və İran Silahlı Qüvvələrinin vaxtında reaksiyası sayəsində düşmənin bu planının qarşısı alındı”, – İran parlamentinin sədri Talabaniyə müraciətində deyib.

    Qalibaf İranın qonşu ölkələrlə iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb. O, ABŞ və İsrailin regionda sabitliyi pozmağa yönəlmiş cəhdlərini davam etdirəcəyini də iddia edib.

    İran parlamentinin sədrinin sözlərinə görə, Vaşinqton və Təl-Əviv qonşu dövlətlər, xüsusilə İran və İraq arasında fikir ayrılığı yaratmağa çalışır. Qalibaf həmçinin ABŞ və İsrail qüvvələrinin İraqın ərazisini və hava məkanını tərk etmək məcburiyyətində qaldığını bildirib.

    O, Tehran və Bağdad arasında daimi əlaqələrin və qarşılıqlı etimadın qorunmasının vacibliyini qeyd edib.

    Bafel Talabani isə İraq Kürdüstanının İrana qarşı fəaliyyətlər üçün baza kimi istifadəsinə imkan verməyəcəklərini bildirib.

    “Biz iki ölkə arasında təhlükəsizlik sazişinin icrasını tam şəkildə təmin etməyə və münasibətləri genişləndirməyə hazırıq”, – Talabani deyib.

    Söhbət İran və İraq arasında 2023-cü ildə imzalanmış təhlükəsizlik sazişindən gedir. Saziş, digər məsələlərlə yanaşı, İraq ərazisinin İrana qarşı təhlükəsizlik təhdidi yaradan fəaliyyətlər üçün istifadəsinin qarşısının alınmasını nəzərdə tutur.

    Talabani İranın keçmişdə Kürdüstan Vətənpərvərlər İttifaqına göstərdiyi dəstəyə görə Tehrana təşəkkür edib. O, İran və İraqın talelərinin bir-biri ilə sıx bağlı olduğunu bildirib və PUK-un İranın üzləşdiyi çətinlikləri öz çətinlikləri, onun uğurunu isə öz uğurları kimi qəbul etdiyini vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR