AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Donald Tramp ABŞ-da faizlərin 1 faizədək endirilməsini istəyib

  • + A
  • - A
  • Bu gün, 10:36

    Donald Tramp ABŞ-da faizlərin 1 faizədək endirilməsini istəyib

    ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 1 faiz və ya daha aşağı səviyyəyə endirməyə çağırıb.

    Tramp “Truth Social” platformasında ABŞ iqtisadiyyatına dair paylaşımında ölkənin güclü kredit imkanlarına malik olduğunu və yeni investisiyaların iqtisadi artımı sürətləndirdiyini bildirib.

    O, ABŞ-ın ticarət kəsirinin də iqtisadi gündəmdə mühüm məsələ olduğunu qeyd edib.

    “ABŞ üçün faiz dərəcələrini tez bir zamanda aşağı salın”, - Tramp yazıb.

    Qeyd edək ki, FED sentyabrın 16-da faiz dərəcəsini 25 baza bəndi artıraraq 3,75–4 faiz aralığına yüksəldib. FED qərarında inflyasiyanın hələ də yüksək olaraq qaldığını və faiz artımının qiymət sabitliyinin təmin olunmasına xidmət etdiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR