AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mahmud Abbasın ABŞ-a səfərinə viza məhdudiyyəti qoyuldu

  • + A
  • - A
  • Bu gün, 10:47

    Mahmud Abbasın ABŞ-a səfərinə viza məhdudiyyəti qoyuldu

    ABŞ Fələstin Prezidenti Mahmud Abbasın BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfərinə viza verməyib.

    Bu barədə AFP məlumat yayıb.

    ABŞ Dövlət Departamentinin açıqlamasına əsasən, Fələstin Azadlıq Təşkilatının üzvləri və Fələstin Muxtariyyətinin rəsmilərinə qarşı viza məhdudiyyətləri davam etdiriləcək. Departament Fələstin tərəfinin müəyyən öhdəlikləri yerinə yetirmədiyini və bəzi fəaliyyətlərinin sülh prosesinə mane olduğunu bildirib.

    Bu, Mahmud Abbasın BMT Baş Assambleyasına qatılmaq üçün ABŞ vizasından ikinci dəfə məhrum edilməsidir. Ötən il də onun Nyu-Yorka səfərinə icazə verilməmiş və Abbasın müraciəti videomüraciət formatında Baş Assambleyaya təqdim olunmuşdu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR