AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-dan İran rəsmilərinin BMT Baş Assambleyasına səfəri ilə bağlı qərar

  • + A
  • - A
  • Bu gün, 09:14

    ABŞ-dan İran rəsmilərinin BMT Baş Assambleyasına səfəri ilə bağlı qərar

    ABŞ İran nümayəndə heyətinin BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirakına icazə verib.

    ABŞ Dövlət Departamentinin qərarına əsasən, İran Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi və digər nümayəndə heyəti üzvlərinə Nyu-Yorkda keçiriləcək tədbirlərdə iştirak üçün viza təqdim olunacaq.

    Lakin İran nümayəndə heyətinin səfəri müəyyən məhdudiyyətlərlə müşayiət olunacaq. ABŞ tərəfi heyətin əvvəlki illərdən daha kiçik tərkibdə olacağını, eləcə də Nyu-Yorkda hərəkət və bəzi alış-veriş məsələləri üzrə məhdudiyyətlərin davam edəcəyini açıqlayıb.

    Qeyd edək ki, ABŞ BMT Baş Qərargahının yerləşdiyi ölkə kimi beynəlxalq hüquq çərçivəsində xarici nümayəndələrin təşkilatın tədbirlərində iştirakını təmin etmək öhdəliyi daşıyır. 1947-ci il BMT Baş Qərargah Sazişi bu məsələdə əsas hüquqi çərçivə hesab olunur.

    Bununla belə, sənəddə milli təhlükəsizlik, terrorizm və xarici siyasətlə bağlı bəzi istisnalar da nəzərdə tutulur.

    Xatırladaq ki, Vaşinqton Fələstin Prezidenti Mahmud Abbas və digər yüksəkvəzifəli Fələstin rəsmilərinin BMT Baş Assambleyasının sessiyasına qatılması üçün viza müraciətlərini rədd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR