İtaliyada Türkiyə şirkətinin yük maşınına silahlı basqın olub

İtaliyada Türkiyə logistika şirkətinə məxsus yük maşınına silahlı hücum həyata keçirilib.
Hadisə Bari şəhəri yaxınlığındakı A-14 magistral yolunda baş verib.
Türkiyə mətbuatının məlumatına görə, Antalyada yerləşən logistika şirkətinin sürücüsü S.S. kakao yüklü maşınla İtaliyadan Türkiyəyə qayıdarkən hücumla üzləşib.
Bildirilib ki, dörd maskalı və silahlı şəxs avtomobillə yük maşınının qarşısını kəsib. Onlar sürücünü kabinədən çıxarıb, daha sonra yük maşınını ələ keçirməyə çalışıblar.
Hadisə zamanı hücumçuların atəş açdığı anların avtomobilin daxili müşahidə kamerası ilə qeydə alındığı qeyd olunub.
Təxminən 6 milyon avro dəyərində kakao daşıyan yük maşınını ələ keçirən şəxslər qoşqunun kilidini aça bilmədikləri üçün nəqliyyat vasitəsini tərk ediblər.
İtaliya polisi tərəfindən aparılan axtarış nəticəsində yük maşını tapılıb. Hücumda iştirak edən şəxslərin müəyyənləşdirilməsi və saxlanılması üçün araşdırmalar davam etdirilir.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.