AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lavrov Mirzoyanı münasibətilə təbrik edib

  • + A
  • - A
  • Bu gün, 13:12

    Lavrov Mirzoyanı münasibətilə təbrik edib


    Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik edib.

    Rusiya XİN-in saytında dərc olunan təbrik teleqramında Lavrov Rusiya-Ermənistan münasibətlərinin hərtərəfli inkişaf etdirilməsinin iki ölkə xalqlarının qarşılıqlı maraqlarına cavab verdiyini bildirib.

    “Əminəm ki, Rusiya-Ermənistan hərtərəfli əməkdaşlığının, o cümlədən iki ölkənin xarici siyasət idarələri arasında fəal dialoqun qorunub saxlanılması xalqlarımızın qarşılıqlı maraqlarına cavab verir”, – deyə Lavrov qeyd edib.

    Qeyd edək ki, Ermənistan Müstəqillik Gününü hər il sentyabrın 21-də qeyd edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR