AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Haaqa məhkəməsi Netanyahu və Gallantın həbsi ilə bağlı orderləri geri çəkməyib

  • + A
  • - A
  • Bu gün, 16:26

    Haaqa məhkəməsi Netanyahu və Gallantın həbsi ilə bağlı orderləri geri çəkməyib


    Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Gallant barəsində həbs orderlərini geri çəkməyib
    Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorluğu ABŞ-ın məhkəməyə qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Gallant barəsində həbs orderlərinin geri götürülməsi ilə bağlı hər hansı addım atmayıb.

    Bu barədə BCM prokurorunun səlahiyyətlərini icra edən Nazhat Şamim Xan CNN telekanalına açıqlamasında bildirib.

    “Biz bu həbs orderlərinin verilməsi ilə bağlı müraciətlərdən və ya orderlərin özündən hər hansı birini geri götürmək üçün heç bir addım atmamışıq”, — Xan deyib.

    O bildirib ki, BCM prokurorluğunun əməkdaşlarından ibarət qrup İsrail siyasətçiləri ilə bağlı araşdırmanı davam etdirir. Xanın sözlərinə görə, həbs orderlərinin verilməsi zamanı prokurorluq “qanun və sübutları rəhbər tutur” və fəaliyyətində hər hansı gizli motivlərin olduğu barədə ehtimalları rədd edir.

    Xatırladaq ki, BCM 21 noyabr 2024-cü ildə Benyamin Netanyahu və Yoav Gallant barəsində həbs orderlərinin verildiyini açıqlayıb. Məhkəmənin məlumatına görə, orderlər 2023-cü il oktyabrın 8-dən 2024-cü il mayın 20-dək Fələstin ərazilərində, o cümlədən Qəzza zolağında törədildiyi iddia olunan hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərlə bağlıdır.

    2025-ci il fevralın 6-da ABŞ Prezidenti Donald Tramp BCM rəsmilərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan sərəncam imzalayıb. ABŞ administrasiyası məhkəməni Vaşinqton və onun müttəfiqləri, o cümlədən İsrailə qarşı qanunsuz hərəkətlərdə ittiham edib.

    Sərəncama əsasən, ABŞ vətəndaşları və ya ABŞ-ın müttəfiqlərinin vətəndaşları ilə bağlı araşdırmalarda iştirak edən BCM əməkdaşlarına, həmçinin müəyyən hallarda onların ailə üzvlərinə qarşı maliyyə və viza məhdudiyyətlərinin tətbiqi mümkündür.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR