BMT Təhlükəsizlik Şurasında baş katib vəzifəsinə namizəd üzrə konsensus yoxdur

BMT Təhlükəsizlik Şurasında təşkilatın növbəti baş katibinin namizədliyi ilə bağlı hələ də konsensus əldə olunmayıb.
Bu barədə “The New York Times” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, baş katib vəzifəsinə namizədliyini irəli sürən yeddi şəxsdən heç biri indiyədək digər namizədlərdən önə çıxa bilməyib.
“BMT-nin baş katibinin seçilməsi prosesinə cavabdeh olan Təhlükəsizlik Şurası konsensusa nail olmayıb”, — qəzet yazıb.
BMT-nin növbəti baş katibi vəzifəsinə aşağıdakı şəxslər namizəddir:
Qayanadan Kerolayn Rodriges-Birkett;
Kosta-Rikadan Rebeka Qrinspan;
Argentinadan Rafael Qrossi;
Ekvadordan Mariya Fernanda Espinosa;
Seneqaldan Maki Sall;
Uqandadan Olara Otunnu;
Ekvadordan İvonne Baki.
Hazırkı BMT Baş katibi Antonio Quterreşin ikinci müddəti 2026-cı ilin sonunda başa çatacaq.
BMT Nizamnaməsinə əsasən, baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Assambleya tərəfindən seçilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.