AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaponiyaya güclü tayfun yaxınlaşır – 1,9 milyondan çox insanın təxliyəsi tövsiyə olunub

  • + A
  • - A
  • Bu gün, 22:28

    Yaponiyaya güclü tayfun yaxınlaşır – 1,9 milyondan çox insanın təxliyəsi tövsiyə olunub

    Yaponiyaya güclü tayfun yaxınlaşır. Ölkənin altı prefekturasında, ümumilikdə 1 milyon 908 min 645 nəfərə təxliyə ilə bağlı xəbərdarlıq edilib.

    Yaponiyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, xəbərdarlıq İbaraki, Çiba, Tokio, Kanaqava, Şizuoka və Saytama prefekturalarının sakinlərinə şamil olunur.
    Təxliyə qərarı məcburi xarakter daşımır. Bununla belə, Yaponiya Meteorologiya Agentliyi bəzi bölgələrdə insanların həyatı üçün real təhlükənin yarandığını bildirir.

    Agentliyin baş meteoroloqu Takuya Hosomi sakinləri təhlükəsizlik tədbirlərini gecikdirməməyə çağırıb. O bildirib ki, insanlar olduqları ərazidə təbii fəlakət riskinin səviyyəsini əvvəlcədən yoxlamalı və yerli hakimiyyət orqanları rəsmi təxliyə əmri verməzdən əvvəl təhlükəsiz ərazilərə köçməlidirlər.

    Meteoroloqun sözlərinə görə, tayfun gözlənildiyindən daha güclü olub.
    Yaponiya Meteorologiya Agentliyi güclü külək, leysan yağışlar, daşqın və torpaq sürüşməsi təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR