Ərdoğandan BMT-yə yeni təklif

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini bildirib.
Ərdoğan “Bloomberg” üçün yazdığı məqaləsində BMT TŞ-də veto hüququnun ləğv edilməsini təklif edib.
Onun təkliflərinə TŞ-də daimi üzvlük institutunun ləğvi və Baş Assambleyanın səlahiyyətlərinin artırılması da daxildir.
Ərdoğan hesab edir ki, TŞ-də imtiyazlı üzvlərin sayının artırılması mövcud problemin həlli deyil.
“İslahat eyni imtiyazın digər dövlətlərə verilməsi demək deyil”, - deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan TŞ-də daimi üzvlərin olmamasını, dövlətlərin isə Baş Assambleya tərəfindən müəyyən müddətə və rotasiya prinsipi ilə seçilməsini təklif edib.
Türkiyə lideri Ankaranın “Dünya beşdən böyükdür” prinsipini də bir daha gündəmə gətirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.