AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TÜRKİYƏ VƏ DAHA 7 MÜSƏLMAN ÖLKƏDƏN QƏZZAYA DAİR BİRGƏ BƏYANAT

  • + A
  • - A
  • Bu gün, 20:12

    TÜRKİYƏ VƏ DAHA 7 MÜSƏLMAN ÖLKƏDƏN QƏZZAYA DAİR BİRGƏ BƏYANAT


    Türkiyə və daha 7 müsəlman ölkəsi İsraili Qəzzada atəşkəs planının birinci mərhələsi üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb.
    Türkiyə, Misir, İndoneziya, İordaniya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri tərəfindən imzalanan birgə bəyanatda Qəzzaya humanitar yardımın dərhal, təhlükəsiz və maneəsiz çatdırılmasının təmin edilməsinin vacibliyi vurğulanıb.

    Nazirlər Qəzzada davam edən humanitar vəziyyətdən dərin narahatlıq ifadə edib, atəşkəsin qorunmasına və onun pozulmasına son qoyulmasına çağırıblar

    Bəyanatda fələstinlilərin öz torpaqlarından qovulması və ya məcburi köçürülməsinə yönəlmiş istənilən tədbirin qəbuledilməz olduğu bildirilib.

    Səkkiz ölkə Qəzza zolağının Fələstin ərazisinin ayrılmaz hissəsi olaraq qalmalı olduğunu qeyd edib.

    Bəyanatda, həmçinin ABŞ-ın atəşkəs planının icrasında iştirakının davam etdirilməsinin vacibliyi vurğulanıb. Xarici işlər nazirləri razılaşmanın növbəti mərhələsinin müstəqil Fələstin dövlətinin yaradılmasına gətirib çıxaracaq siyasi proseslə müşayiət olunmasının tərəfdarı olduqlarını bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR