AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polşada yaradılacaq ABŞ bazası “Fort Tramp” adlandırıla bilər

  • + A
  • - A
  • Bu gün, 13:13

    Polşada yaradılacaq ABŞ bazası “Fort Tramp” adlandırıla bilər


    Polşada yaradılması planlaşdırılan daimi ABŞ hərbi bazasına Ağ Ev rəhbəri Donald Trampın şərəfinə “Fort Tramp” adı verilə bilər.

    Polşa Prezidenti Karol Navroçki bu barədə sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Bloomberg agentliyinə müsahibəsində bildirib.

    Navroçki ABŞ və Polşanın daimi Amerika hərbi bazasının yaradılması ilə bağlı layihənin hazırlanmasını başa çatdıracağına ümid etdiyini deyib. Onun sözlərinə görə, bazanın yaradılması artıq yalnız zaman məsələsidir.

    Polşa prezidenti tikintinin Trampın 2029-cu ildə başa çatacaq prezidentlik müddəti başa çatana qədər tamamlanmasını istədiyini bildirib.

    “ABŞ administrasiyası və hər iki ölkənin hökumətləri işlərini başa çatdırdıqdan sonra düşünürəm ki, Prezident Tramp şəxsən ‘Fort Tramp’ın açılış mərasimində iştirak edə bilər”, – deyə Navroçki bildirib.

    Polşa prezidenti həmçinin qeyd edib ki, ABŞ Almaniyadakı hərbi mövcudluğunu azaltmaq qərarına gələrsə, Varşava amerikalı hərbçilərin bir hissəsini qəbul etməyə hazırdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR