Tramp Si Cinpinlə görüşün əsas mövzularından birini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirəcəyi görüşdə süni intellektin əsas müzakirə mövzularından biri olacağını açıqlayıb.
Tramp bildirib ki, tərəflər arasında danışıqlarda “superintellekt” məsələsinə xüsusi diqqət yetiriləcək.
ABŞ lideri bu barədə “Truth Social” platformasında paylaşım edib.
“Çinin sədri Si Cinpinlə mühüm gün olacaq. Superintellekt müzakirə ediləcək əsas mövzulardan biri olacaq. Lakin mən hər şeyin olduğu kimi qalmasını istərdim. Çinin mövqeyi də eynidir. Yeganə məhdudlaşdırıcı amil Ədliyyə Nazirliyidir”, – deyə Tramp qeyd edib.
Trampın açıqlaması ABŞ və Çin arasında süni intellekt texnologiyalarının inkişafı və bu sahədə mümkün əməkdaşlıq məsələlərinin də yüksək səviyyəli danışıqların gündəliyinə daxil olduğunu göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.