AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

80-ə yaxın ölkə Hörmüz boğazının açılmasını tələb etdi

  • + A
  • - A
  • Bu gün, 21:34

    80-ə yaxın ölkə Hörmüz boğazının açılmasını tələb etdi


    80-ə yaxın ölkə Hörmüz boğazının təcili açılmasını tələb edib.
    Birləşmiş Millətlər Təşkilatında oxunan birgə bəyanatda İran və onun müttəfiqi olan husilər regionda həyata keçirdikləri hücumlara, beynəlxalq ticarətə maneələr yaratmağa və enerji təhlükəsizliyini təhdid etməyə görə qınanılıb.

    Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl-Zayani bildirib ki, İranın Hörmüz boğazında fəaliyyəti beynəlxalq təhlükəsizliyə, eləcə də dənizçilik azadlığına və gəmiçilik hüquqlarına təhdid yaratmaqda davam edir.

    Bəyanatda husilərin Yəməndə münaqişəni yenidən alovlandırması, Səudiyyə Ərəbistanına davam edən zərbələri və Qırmızı dənizdə həyata keçirdikləri hücumlar da sərt şəkildə pislənilib.
    Sənədə imza atan ölkələr arasında Fars körfəzi ölkələri ilə yanaşı, bir sıra aparıcı Qərb dövlətləri də yer alıb.

    Bəyanatda həmçinin vurğulanıb ki, husilərin Bab-ül-Məndəb boğazına doğru irəliləməsi beynəlxalq gəmiçilik, dəniz təhlükəsizliyi və dünya ticarəti üçün riskləri daha da artıracaq.
    Hörmüz boğazı dünya enerji ticarətinin əsas marşrutlarından biri hesab olunur. Bu səbəbdən boğazda təhlükəsizliyin pozulması qlobal enerji bazarları və beynəlxalq ticarət üçün ciddi risk yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR